Avstraliyada iranlı qaçqınlar qiyam qaldırıb
20 iyul 2013 20:51 (UTC +04:00)

Avstraliyada iranlı qaçqınlar qiyam qaldırıb

İyulun 19-da axşam saatlarında Nauru adasındakı sığınacaq düşərgələrinin böyük hissəsində məskunlaşdırılmış iranlı qaçqınlar qiyam qaldırıblar.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, buna səbəb Avstraliyanın baş naziri Kevin Radın sığınacaq almaq məsələsi ilə bağlı yeni qaydalar tətbiq etməsidir.

 

Məlumatda deyilir ki, iranlı qaçqınlar sığınacağın mərkəzi ofisinin binasını yandırıblar. İğtişaşları yatırmaq üçün yerli camaatdan bir neçə nəfər balta və polad borularla polislərin köməyinə gəliblər. Xəbərdə qiyamda iştirak edən 545 nəfər iranlı sığınacaq sakinlərindən yarısının hadisə yerindən qaçdığı, 127 nəfərinin həbs edildiyi, 6 nəfərinin isə yaralandığı bildirilir. Avstraliyanın “Sydney Morning Herald” qəzeti qiyam nəticəsində 60 milyon dollar zərər dəydiyini yazıb.

 

Qeyd edək ki, Avstraliya hökuməti qaçqınların ölkəyə girişinin qarşısını almaq üçün onları Nauru və Sakit okeanının uzaq adalarındakı dövlətlərə pul ödəməklə məskunlaşdırılmaq üçün göndərir. Avstraliya hökuməti bildirib ki, bu ilin yanvar ayından 15 min 610 qaçqın qanunsuz yollarla ölkəyə gəlib və onların 5 min 541 nəfəri iranlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645
avatar

Oxşar yazılar