Hindistan Hava Yolları Şirkətinin təyyarələrinin birində qəribə olay yaşanıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Yeni Dehlidən Bangaloreyə səfər zamanı təyyarənin kapitanı təbii ehtiyacları ilə bağlı tualetə gedib.
Ancaq kapitan geri dönən zaman pilot kabinəsinə daxil ola bilməyib. Buna səbəb bütün cəhdlərə rəğmən kabinənin qapılarının açılmaması olub. Ona görə də yardımçı pilot təyyarəni ən yaxınlıqdakı hava limanına endirib. Hava limanında təyyarənin qapısı təmir edilib və daha sonra təyyarə marşrutu üzrə uçuşunu davam etdirib.