ATƏT PA-nın prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri və tərkibi məlum olub
26 sentyabr 2013 14:24 (UTC +04:00)

ATƏT PA-nın prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri və tərkibi məlum olub

ATƏT Parlament Assambleyası (PA) sədrinin müavini, ATƏT PA-da Almaniya nümayəndə heyətinin rəhbəri, xanım Doris Barnet ATƏT PA-nın Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının rəhbəri təyin olunub.


 

APA-nın məlumatına görə, Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədri, Yunanıstan nümayəndə heyətinin rəhbəri Makis Voridisə isə müşahidə missiyası rəhbərinin müavini vəzifəsi həvalə edilib.

 

Müşahidə missiyasına ATƏT PA-nın 25 nümayəndəsi daxildir. Onlardan 16 nəfəri 14 ölkəni təmsil edən deputatlardır.

 

Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə məqsədilə ATƏT PA-dakı Fransa nümayəndə heyətinin üzvü Mişel Vuazən də Xüsusi əlaqələndirici vəzifəsinə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524
avatar

Oxşar yazılar