İspaniyada qəzaya uğramış qatarın maşinisti xəstəxanada nəzarət altına götürülüb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Santyaqo-de-Kompostela şəhərindəki dəmiryol stansiyası yaxınlığında baş vermiş qəza nəticəsində 78 nəfər həlak olub, 143 nəfər yaralanıb, onların 20-nin vəziyyətinin daha ağır olduğu bildirilib.
Qatarda 218 sərnişin olub.
Olayın baş verməsi səbəblərindən biri kimi sürət həddinin aşması göstərilib.