Anqlikan kilsəsinin Baş İdarəsi noyabrın 20-də qadınların yepiskop olmasına icazə verib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Qardian» qəzeti xəbər yayıb.
Mənbə bildirib ki, idarə heyətinin 378 üzvü bu təşəbbüsü dəstəkləyib. 8 nəfər bu təklifə qarşı səs verib. 25 üzv isə tərəfsiz qalıb.
Mənbə xatırladıb ki, qadınların yepiskop olması son 20 ildə Anqlikan kilsəsində mühafizəkarlarla liberalların mübahisəsinə son qoyub.
2012-ci ildə kilsəsinin mərkəzi qurumu bu təklifə qarşı səs vermişdi.