Sakit okeanda formalaşan “Erik” qasırğası Meksika sahillərinə doğru hərəkət edir.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, ABŞ-ın Qasırğaları Müşahidə üzrə Milli Mərkəzi qasırğanın hazırda Akapulko şəhərindən 225 km uzaqda olduğunu və saatda 19 km sürətlə hərəkət etdiyini açıqlayıb.
Qasırğanın mərkəzində küləyin sürəti saatda 75 km-ə çatır. Meteoroloqlar yaxın 48 saatda “Erik” qasırğasının daha da güclənəcəyini proqnozlaşdırırlar.