Amerikalılar: «Snouden milli maraqlarımıza təhlükə yaradıb»
22 noyabr 2013 04:37 (UTC +04:00)

Amerikalılar: «Snouden milli maraqlarımıza təhlükə yaradıb»

«Washington Post» qəzeti və «ABC» telekanalı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Mili Təhlükəsizlik Bürosunun keçmiş əməkdaşı Edvard Snoduenin əməli ilə bağlı ölkə vətəndaşları arasında sorğu keçirib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, rəyi soruşulanların 52 faizi Snoudenin mühakiməsini istəyib.

 

Bu ilin iyul-noyabrı aylarında keçirilən sorğunun nəticələrinə əsasən, Snoudenin əleyhdarları 49 faizdən 60 faizədək artıb. Onlar hesab edib ki, keçmiş kəşfiyyatçı ABŞ-nı milli maraqlarına təhlükə yaradıb.

 

Respondentlər gizli dinləmələrlə bağlı prezident Barak Obamanın fəaliyyətindən məyus olduqlarını bildiriblər.

 

Sorğuda iştirak edənlərin 35 faizi ölkə prezidentinin fəaliyyətindən razılıq edib, 53 faiz isə onun yürütdüyü siyasəti bəyənmədiklərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458
avatar

Oxşar yazılar