Almaniyada məşhur türk yeməyi, dönər kababın əsasını qoyan türkiyəli mühacir Qədir Norman 79 yaşında vəfat edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, 1972-ci ildə Qərbi Berlində özünün dönər kabab köşkünü açıb. Bununla da həmin əlüstü yeməyin ölkədə tanınmasının təməlini qoyub.
Norman Türkiyədə adətən boşqabda yeyilən bu yeməyi lavaşa bükərək, müştərilərinə satıb.
Almaniyalı istehsalçılar bildirir ki, dönərini bu sayaq müştəriyə verilməsini əsasını Qədir qoyub. Hər halda hazırda Almaniyada və dünyada məşhur olan dönərin lavaşa bükülərək verilməsi qaydası mübahisəlidir.