Almaniyada baş verən güclü tufan nəticəsində altı nəfər həlak olub.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda yerli polis məlumat yayıb.
Əlverişsiz hava şəraiti Almaniyanın şimalında dəmiryolda hərəkəti iflic edib. «Doyçe ban» («Deutsche Bahn») şirkəti Şlezviq-Qolşteyn torpağı istiqamətində hərəkət edən qatarların tamamilə dayandırılması haqda qərar çıxarıb. Berlindən Hannover və Hamburqa gedən qatarlarda da gecikmələr müşahidə olunub.
Hamburq hava limanında 1,3 min sərnişin təyyarədə gözləməli olub. Təyyarənin kapitanı güclü küləyə görə təhlükəsizlik baxımından hava maşınlarının qapılarını açmayıb.
Bir neçə təyyarə reysi təxirə salınıb.