Avropadakı Türklərə Dəstək Platforması 8 türk olmaqla 10 nəfərin qətlində suçlanan Almaniyanın Milliyyətçi Sosialist Gizli qurumunun törətdiyi cinayətlərə diqqəti çəkmək məqsədi ilə etiraz aksiyası keçirib.
Lent.az-ın məlumatına göər,qurumun bir qrup üzvü Türkiyənin Almaniyadakı Baş Konsulluğu önündə toplanaraq, «Almaniya dərin dövlətlə üz-üzədir!», «İrqçilik insanlıq suçudur!», «Merkel, nədən səssininz!» kimi şüarlarla neofaşistlərə etiraz ediblər.
Aksiyada türklərə qarşı cinayətlərin törədilməsi qınanılıb, türklərin Almaniyadakı mütərəqqi fəaliyyəti vurğulanıb.
«İnsan haqları məsələsində dünyaya dərs vermək üçün biri-biri ilə yarışan dövlətlərdə işlədilən belə cinayətlərə həmin ölkələr səssiz, təzyiqsiz və tədbirsiz qalıblar» -deyə, qurum üzvü Mahmud Çelik bildirib