Almaniyada ABŞ-ın casusluq fəaliyyətinə etiraz aksiyaları
28 iyul 2013 04:37 (UTC +04:00)

Almaniyada ABŞ-ın casusluq fəaliyyətinə etiraz aksiyaları

Almaniyanın iri şəhərlərinin küçələrində ABŞ tərəfindən casusluq fəaliyyətinə qarşı etiraz yürüşləri keçirilib.

 

Lent.az-ın «Assoşieyted press» agentliyinə istinadən məlumatına görə, etiraz aksiyaçıları Almaniyanın kansleri Angela Merkel və ABŞ prezidenti Barak Obamanın  rəsmi çəkilmiş plakalara ironik şüarlar  yazaraq, əllərində tutublar. Örnək olaraq, şüarlardan biri

belədir : «Bəli, biz «skayn» edirik» («Yes we scan»). B. Obamanın seçkiqabağı kampaniyası zamanı söylədiyi şüarı: «Bəli, biz bacararıq» («Yes we can ») - əllərində tutaraq, dövlət başçılarının casusluq  məsələsi ilə bağlı fəaliyyətini özlərinə məxsus ələ salıblar.

 

Etirazçıların bəziləri Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin maskasını başlarına taxıb. Bir qismi isə Günəş şüasından qorunma papaqcıqları «qulaqasma həvəskarlarını» simvollaşdırıblar.

 

Nümayişlər ölkənin Hamburq, Münhen, Berlin və daha 35 şəhərində keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452
avatar

Oxşar yazılar