Almaniyada 93 yaşlı faşist həbs olunub. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onun Hans Lipşis olduğu deyilir. Bu alman ikinci dünya savaşı illərində Osventsim Əsir düşərgəsində nəzarətçi olub.Baden – Mürtemberq torpağının polisi hesab edir ki, o, 1941-45-ci illərdə Əsir düşərgəsindəki kütləvi qırğında iştirakda şübhəli bilinir.
Həbs olunanın adı açıqlanmır. Ancaq onun Hans Lipşis olduğu ehtimal edilir. Bu ad isə Simon Vizantalın ən çox axtarılan faşist canilərin siyahısındadır.
Qeyd edək ki, ikinci dünya savaşı zamanı Osventsim əsir düşərgəsində bir milyondan çox insan qətlə yetirilib.