Almaniya kəşfiyyatı: Əsəd qalib gəlir
23 may 2013 15:50 (UTC +04:00)

Almaniya kəşfiyyatı: Əsəd qalib gəlir

Almaniya kəşfiyyatının rəhbəri (Bundesnachrichtendienst (BND)) Suriyadakı proseslərlə bağlı fikirlərini   dəyişib.

 

Lent.az-ın “Spiegel” jurnalına istinadən verdiyi məlumata görə, BND rəhbəri Qerxard Şindler bunu ölkənin aparıcı siyasətçiləri ilə məxfi görüşündə söyləyib.

 

Qerxard Şindler əvvəllər dəfələrlə açıq bəyan edib ki, 2013-cü ilin əvvəlində Bəşər Əsəd rejimi çökəcək. O vaxt bunu Suriya ordusunun təchizatının çətinləşməsi və orduda fərarilik hallarının artması ilə izah edib. Ancaq o, indi siyasətçilərlə məxfi görüşündə ötən müddət ərzində Suriyadakı proseslərdə dramatik dəyişikliklər yaşandığını söyləyib. Görüşdə xəritə və qrafiklərdən istifadə edən kəşfiyyat rəhbəri deyib ki, Bəşər Əsəd ordusu üçün etibarlı təchizat yolu tapıb. Ən əsası hazırda rejim tank və aviasiya üçün yetərli həcmdə yanacaq alır. Qerxard Şindler Bəşər Əsədin qazandığı uğurlara baxmayaraq, müharibədə qalib gəlmək şanslarının hələ də çox olmadığını, ancaq zaman keçdikdə rejimin vəziyyətinin yaxşılaşa biləcəyini vurğulayıb. BND rəhbəri Bəşər Əsədə sadiq ordu bölmələrinin və “Hizbullah” hərəkatının artıq Livan sərhədindəki əl-Kasir şəhəri uğrunda uğurlu döyüş əməliyyatları aparmasına da diqqət çəkib. Suriya ordusu müxalifləri Dəməşq yaxınlığındakı bir neçə rayondan da çıxarmağa nail olub.

 

Almaniya kəşfiyyatının rəhbəri hər yeni döyüşün müxalifləri daha çox zəiflətdiyi qənaətindədir və hesab edir ki, 2013-cü ilin sonlarında Bəşər Əsəd ölkənin cənubuna bütünlüklə nəzarəti bərpa edə bilər. Qerxard Şindler düşünür ki, Bəşər Əsəd ölkənin şimalına nəzarəti bərpa etmək istəyərkən daha çox çətinliklərlə üzləşəcək. Çünki indidən bu ərazilərdə kürd müxaliflər sürətlə Suriya ordusunun həmlələrinə qarşı müqavimət göstərmək üçün hazırlaşır.O, deyib ki, hazırkı şəraitdə danışıqlardan hər hansı nəticə gözləməyə dəyməz. Çünki döyüşən müxalif dəstələrin ölkədən kənardakı müxalifətçilərlə hər hansı əlaqəsi yoxdur, onların əmr və göstərişlərinə tabe olmur. Uğur qazanacağına əmin olan Bəşər Əsəd də danışıqlara meylli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644
avatar

Oxşar yazılar