Ağ ev : «Sanksiyalar əhəmiyyətsiz dərəcədə yumşaldıla bilər»
20 noyabr 2013 03:42 (UTC +04:00)

Ağ ev : «Sanksiyalar əhəmiyyətsiz dərəcədə yumşaldıla bilər»

Atom-nüvə proqrammı ilə bağlı İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar razılaşmanın birinci mərhələsində əhəmiyyətsiz dərəcədə «yumşaldıla bilər».

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Ağ Evin mətbuat katibi Cey Karni açıqlama verib: «islam Respublikasına təzyiqləri davam etdirmək məqsədi ilə sanksiyaların demək olar ki, hamısı qüvvədə qalacaq».

Karni noyabrın 21-22-də İranın atom problemi ilə bağlı Cenevrədə keçiriləcək danışıqların növbəti mərhələsində razılıq əldə ediləcəyi halda, Tehranın ABŞ-da və başqa Qərb dövlətlərindəki banklarda olan hesablarında dondurulan 15-50 milyardadək maliyyə vəsaitin qaytarılacağı haqda xəbəri təkzib edib.

Bununla belə mətbuat katibi ABŞ prezidenti Barak Obama administrasiyasının danışıqlar zamanı İrana qarşı yeni sanksiyaların tətbiqindən çəkinmənin vacibliyi haqda bəyanatını təsdiqləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576
avatar

Oxşar yazılar