Afrika Birliyi Misirin üzvlüyünü dondurdu
05 iyul 2013 17:38 (UTC +04:00)

Afrika Birliyi Misirin üzvlüyünü dondurdu

Misirdə vəziyyət gərginləşir.

 

Lent.az-ın verdiyi məlumata görə, Misirin rəsmi “Əl-Əhram” qəzeti Əl-Hariş hava limanına hücumdan sonra Süveyş və Cənubi Sinada fövqəladə vəziyyət elan olunduğu barədə xəbər yayıb.

Bu gün səhər saatlarında silahlı qruplaşmalar qumbaraatanlar və avtomatlarla Sinay yarımadasındakı El Ariş hava limanına və bir çox hərbi postlara hücum edib, 1 əsgər öldürülüb, 2 əsgər yaralanıb. Ordu rəhbərliyi hücumun radikal islamçılar tərəfindən həyata keçirildiyini açıqlayıb. Prezident Məhəmməd Mursi ordu tərəfindən devrildikdən sonra çoxlu sayda radikal islamçı qruplaşmalar buna sərt reaksiya verəcəklərini bəyan ediblər. Bölgədə fövqəladə vəziyyət elan edən ordu rəhbərliyi isə Sinay yarımadasındakı Refah sərhəd-keçid məntəqəsini də bağlayıb. Refah sərhəd-keçid məntəqəsi 1,8 milyon insanın yaşadığı Qəzza zolağının dünyaya yeganə açılan qapısıdır.

Bu arada Afrika Birliyi hərbi çevrilişlə bağlı Misirin üzvlüyünü dondurduğunu açıqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410
avatar

Oxşar yazılar