ABŞ Yaponiyada yeni dəniz kəşfiyyat təyyarəsi yerləşdirəcək
04 oktyabr 2013 05:17 (UTC +04:00)

ABŞ Yaponiyada yeni dəniz kəşfiyyat təyyarəsi yerləşdirəcək

Yaponiya ilə ABŞ –ın müdafiə və xarici siyasət qurumlarının başçıları arasında görüş keçirilib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, görüşün nəticələri ilə bağlı keçirilən mətbuat konfransında Pentaqonun başçısı Çak Heygel bildirib ki, bölgədə kəşfiyyat imkanlarını gücləndirmək üçün ABŞ Yapоniyada yeni «P-8» qayıq əleyhinə təyyarələri yerləşdirəcək.

 

«Artıq bu gün bəyan edə bilərəm ki, ABŞ ilk dəfə öz ərazisindən kənarda «P-8» dəniz patrul təyyarələrini yerləşdirir. Onlar bu il Yaponiyada olacaq. Bu ilin yayında mənə göstərilən «P-8» ABŞ-Yaponiya birliyinin kəşfiyyat imkanlarını ciddi şəkildə gücləndirəcək»-deyə, Ç.Heygel bildirib.

 

Onun sözlərinə əsasən, bundan sonra alyansın bölgədəki gücü daha yığcam və səmərəli olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595
avatar

Oxşar yazılar