ABŞ Dövlət Departamenti Taliban hərəkatı ilə danışıqların iyunun 20-də Qətərin paytaxtı Dohada keçiriləcəyinə dair xəbəri təkzib edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Qərb mətbuatı danışıqlar üçün amerikalı nümayəndə heyətinin artıq Dohaya gəldiyi haqda xəbər yayıb.
«Taliblərlə görüşün planlaşdırılması xəbəri doğur deyil» -deyə, Dövlət Departamentinin təmsilçisi Cen Psaki bildirib. O, qeyd edib ki, rəsmi Vaşinqton bu məlumatı heç vaxt təsdiqləməyib.
Onun sözlərinə görə, ABŞ bu məsələ ilə bağlı Əfqanıstan hakimiyyəti arasında məsləhətləşmələri davam edir.