ABŞ prezidentləri mühüm bəyanatları Berlində verir
20 iyun 2013 03:13 (UTC +04:00)

ABŞ prezidentləri mühüm bəyanatları Berlində verir

ABŞ prezidentlərti Con Kennedi və Ronald Reyqan “soyuq müharibə”nin ən mühüm çıxışlarını məhz Berlində ediblər. 

 

İndi Berlində çıxış edən Barak Obama özündən əvvəlki ABŞ prezidentlərinin yolu ilə gedib.

Reyqanın 1987-ci il iyunun 12-dəki Berlin çıxışında məqsədi sovet lideri Qorbaçovu məcbur etmək idi ki, Berlin divarını söksün.   Reyqan tələb etdi ki, Berlin divarı sökülsün və bununla Qorbaçov dediklərinin boş söz olmadığını sübut etsin.
Eyni vaxtda Reyqan “soyuq müharibə”də güclü silahlanmaya Vaşinqtonun hazır olduğunu bildirdi.

KİM-KİMİ BASDIRDI

Reyqan: “Keçmiş sovet lideri Xruşşov deyirdi ki, “biz sizi basdırcağıq”. Ancaq biz Qərbdə indi görürük ki, azad dünya insan tarixində görünməmiş firavanlığa nail olub. Kommunist dünyasında isə uğursuzluğu, texnoloji geriliyi, səhiyyə standartlarının enişini, hətta ən adi ərzağın azlığını görürük”

Reyqan: “Bu gün Sovet İttifaqı özü-özünü yedirdə bilmir. Bu 40 ildən sonra dünya bir böyük və qaçqılmaz nəticəyə gəlir: azadlıq firvanlığa aparır. Azadlıq qələbədir”

Reyqan: “Sovet İttifaqı sülh və azadlığa dramatik kömək edə bilər. Cənab Qorbaçov, əgər siz Sovet İttifaqına, Şərqi Avropaya  sülh və azadlıq istəyirsinizsə, bu qapıya gəlin və bu qapını açın. Bu divarı dağıdın”.

Reyqann daha sonra silahlanmaya keçir: “Silahların ixtisarını aparmaqla yanaşı, mən söz vermişəm ki, Sovet təcavüzünü saxlamağa lazım olan qədər silahımız olacaq. Biz öz tərəfdaşlarımızla Strateji Müdafiə Təşəbbüsünü reallaşdırırıq. Bu həqiqi müdafiədir. Qısa desək, bu, əhalini hədəf almır, əhalini müdafiə edir”.
 

Reyqandan 24 il qabaq Berlində Con Kennedi çıxış edirdi. O, Berlin divarı tikiləndən 22 ay sonra Qərb dünyasının  qərbi berlinlilərə  dəstəyini göstərmək istəyirdi.

Kennedi: “Dünyada çox adam doğrudan da başa düşmür ki, azad dünya ilə kommunizm arasında olan məsələ nədir. Bəziləri deyir ki, kommunizm bəşəriyyətin gələcəyidir.  Qoy onlar Berlinə gəlsin”.

Kennedi: “Bəziləri deyir ki, kommunizm hərçənd iblis sistemidir, ancaq o, iqtisadi inkişafa imkan verir. Qoy onlar Berlinə gəlsin”. 

İyunun 19-da Barak Obama Berlindəki Brandenburq qapılarında çıxış elədi.

“Bir çox ölkələr insan haqları barədə deklarasiya imzalayıblar. Totalitar rejimdən demokratik rejimə keçiblər. İndi divar, tikanlı məftillər, tanklar yoxdur və bunlar arxada qaldı”. Bunu ABŞ prezidenti Barak Obama çıxışında deyib.

Amma Obama qeyd edib ki, nüvə silahı mövcud olduqca biz təhlükəsiz deyilik.O strateji  nüvə başlıqlarının 1/3-nin ixtisarına çalışacağını və bu sahədə Rusiya ilə qarşılıqlı əməkdaşlıq edəcəyini vəd edib. Obama həmçinin NATO  ilə birlikdə Avropa və dünyada taktiki silahların ixtisarına çalışacağını bildirib.

ABŞ prezidenti  qlobal iqlim dəyişikliyinə də toxunub, bunun beynəlxalq , bütün dünyanın problemi olduğunu bildirib: “Bunu təklikdə həll etmək mümkün deyil. İqlim dəyişikliyi müasir dünya üçün qlobal təhlükədir. Faciəvi dəyişikliyin baş verməməsi üçün bütün mümkün imkanlara əl atmalıyıq”.

Barak Obama  yoxsul ölkələrə yardım məsələsinə də toxunub, bu ölkələrdə epidemiya və xəstəliklərələ mübarizə aparmaq, habelə onların məhsul becərməsinə kömək etməyin vacibliyini qeyd edib. Amma o qeyd edib ki, bu sadəcə xeyriyyəçilik və pul yardımı kimi olmamalı, onlara istehsal imkanı yaratmalıdır.

ABŞ prezidenti daha sonra deyib: “ABŞ 10- ildən çoxdur ki, müharibə vəziyyətindədir. biz terror şəbəkələrini məhv edə bilərik , amma onların mənbəi məhv edilməyincə təhlükə qalacaq. Biz Əfqanıstanda sülhə kömək etməliyik. Bin laden artıq yoxdur, Əfqanıstan müharibəsi yekunlaşmaq üzrədir. Müharibə təhlükəsində olan heç bir ölkə azad ola bilməz.

Sonda o, Quantanama həbsxanasının bağlanacağını və mülki sakinlər arasında itkiyə yol verilməməsi üçün pilotsuz təyyarələrin keçirdiyi əməliyyatların ciddi nəzarətə götürüləcəyini vəd edib.

 

“Apzadlıq” radiosu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580
avatar

Oxşar yazılar