ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfop 1990-cı illərdə ölkədən oğurlanan 8 tarixi əsəri Moskvaya təhvil verib.
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, sənədlərin qaytarılması mərasimində amerikalı diplomat bildirib ki, bu işdə iki ölkənin hüquq –mühafizə orqanları birgə fəaliyyət göstərib.
«Bu sənədlər Peterburqdakı Rusiya Milli tarixi, ədəbiyyatı, hərbi-tarixi arxivlərindən 90-cı illərin başlanğıcında oğurlanıb»-deyə, səfir vurğulayıb.
Mərasimdə II Yekatrinanın, II Aleksandrın bir neçə əmrləri, imperator Yekatrinanın qraf Mixail Kaxovskiyə məktubu, çar II Nikolayın əmri Rusiya tərəfinə təqdim edilib.