ABŞ Misirin devrilmiş prezidenti Məhəmməd Mursi barəsində məlumat toplayır.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda ABŞ Dövlət Departamentinin təmsilçisi Cey Psaki jurnalistlərə açıqlama verib.
«Misir xalqı öz sözünü deyib. Keçid hakimiyyəti fəaliyyət göstərir. Mursinin vəzifəsini icra etmədiyi aydın görünür»-deyə, o, söyləyib.
Bununla yanaşı diplomat bildirib ki, ABŞ münaqişə edən tərəflərən heç birinə üstünlük vermir və Misirdə demokratik siyasi dəyişikliklər üçün bütün tərəflərlə işləyir.