ABŞ Misirə «F-16» tədarükünü davam etdirir
12 iyul 2013 04:07 (UTC +04:00)

ABŞ Misirə «F-16» tədarükünü davam etdirir

Son zamanlar Misirdə baş verənlər ABŞ-ın bu ölkəyə silah və hərbi texnika tədarükünə təsir eməyib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yaxın zamanda Misir daha 4 «F-16» təyyarələri alacaq. Müqaviləyə əsasən, ABŞ bu ölkəyə 20 təyyarə göndərməlidir. Anlaşma ilin sonunadək gerçəkləşdiriməlidir.

 

Mənbə bildirib ki, ABŞ hakimiyyəti Misirdə baş verənlərə təmkinlə yanaşır. Rəsmi Vaşinqton bu ölkədəki hakimiyyət dəyişikliyini «hərbi devriliş» adlandırmır.

 

Bundan başqa  Misir prezidenti Məhəmməd Mursi devrildikdən sonra ABŞ bu ölkəyə etdiyi 1,3 milyard dollarlıq hərbi yardımı da dondurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585
avatar

Oxşar yazılar