ABŞ lideri Quantanamo zindanın ləğvində israrlıdır
24 may 2013 07:50 (UTC +04:00)

ABŞ lideri Quantanamo zindanın ləğvində israrlıdır

ABŞ prezidenti Barak Obama terrorçuluqda şübhəli bilinənlərin saxlanıldığı Quantanamo bazasındakı həbsxananın bağlanmamasına görə konqresmenləri tənqid edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, siyasi  tərəf məsələnin həllini ləngidir.

 

O, deyib ki, bu zindan açılmasa idi daha yaxşı olardı.

 

«Mən konqresmenlərdən Quantanamodakı məhbusların köçürülməsi məsələni həll etmələrini istəmişəm. Bütün dünyada Quantanamo qanunun aliliyinin pozulması rəmzidir» - deyə, Obama bildirib.

 

Prezidentin rəqibləri xüsusi rejimli həbsxanadan ağır cinayət törətmiş məhbusların qaça biləcəyini əsas götürərək, Quantanamodakı dustaqların ABŞ-dakı həbsxanalara köçürülməsinə qarşı çıxırlar.

 

Ağ Evin indiki yiyəsi buna cavab olaraq, bildirib ki, hələ indiyədək ABŞ zindanlarından haqqında bəhs olunan məhbuslar qaçmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar