ABŞ İranın 4 şirkətinə sanksiya tətbiq etdi
10 may 2013 07:37 (UTC +04:00)

ABŞ İranın 4 şirkətinə sanksiya tətbiq etdi

ABŞ İranın 4 şirkətinə və bir vətəndaşına kütləvi qırğın silahının yayılmaması rejimini pozduqları üçün  sanksiya tətbiq edib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Dövlət Departamentin təmsilçisi Patrik Ventrell bu haqda açıqlama verib: «Onlar İran hakimiyyətinə uranın zənginləşdirilməsini yüksəltmək üçün mal və texnologiya tədarük ediblər».

 

Sanksiya İranın «Aluminat», «Pars Amayesh Sanaat Kish», «Pishro», «Taghtiran Kashan» şirkətlərinə, eləcə də İran vətəndaşı Pərviz Kxakiyə tətbiq olunuüb.

 

ABŞ hakimiyyətinin məlumatına əsasən, o, uranı zənginləşdirən sentrifuqaları avadanlıqla təmin edib.

 

«ABŞ bu sayaq fəaliyyəti davamlı olaraq, araşdıracaq və gələcəkdə başqa şirkətlərin də adlarını açıqlaya bilərik» - deyə, departamentin təmsilçisi bildirib.

 

Onun sözlərinə görə, İran - Vensuela bankı da yayılmama rejimini pozmaqda şübhəli bilinir.

 

Bu sanksiyaya əsasən, həmin şirkətlərlə amerikalıların istənilən əməkdaşlığı yasaqdır. Əgər onların ABŞ banklarında hesabları varsa, o da dondurulacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 741
avatar

Oxşar yazılar