ABŞ suriyalı müxalifləri silahlandırmağa başlayıb.
Lent.az-ın “Asharq Al-Avsat” qəzetinə istinadən verdiyi məlumata görə, artıq müxaliflərin Hələbdəki briqadası müasir silahlar almağa başlayıb.
Müxaliflərin daha çox müasir tank əleyhinə zenit-raket komplekslərinə ehtiyacları var. Qəzet ABŞ istehsalı olan “Osa” zenit-raket komplekslərinin Türkiyə ərazisindən keçməklə müxaliflərə çatdırıldığını yazıb. İndiyə qədər müxaliflər 102 ədəd “Osa” Zenit-Raket Kompleksi alıb. Yaxın gələcəkdə müxaliflərə əlavə 270 ədəd “Osa” Zenit-Raket Kompleksi də çatdırılacaq.