Vyetnamın hərbi rəhbərlərindən biri, ölkənin lideri olmuş Xo Şi Minin silahdaşı ordu generalı Vo Nquen Ziap 102 yaşında vəfat edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, əvvəllər məktəbdə müəllim işləyib. 1941-ci ildə Vyetmin hərbi-siyasi təşkilata daxil olur.
Bu qurum Fransa müstəmləkəçilərinə qarşı mübarizə aparan dəstələr yaradırmış.
1946-cı ildə Ziap Vyetnam Demokratik Respublikasının daxili işlər naziri təyin olunur. 1957-75-ci illərdə ABŞ qarşı savaşda fəal iştirak edir. Onun rəhbərliyi altında amerikalılara qarşı bir neçə əsas hərbi əməliyyatlar hazırlanır. Sayqona hücumda o, iştirak etməsə də Vyetnam Demokratik Respublikasının o vaxtkı rəhbəri Fam Van Donq onun qələbənin «arxitektoru» adlandırıb.
1982-ci ilə Vyetnam Siyasi Bürosundan getdikdən sonra hakimiyyətə təsir imkanları azalır. 1991-ci ildə Ziap hakimiyyətdəki bütün postlardan azad edilir.
Son illər isə o, qapalı həyat sürüb. Ziap hərbi əməliyyatlarla bağlı bir sıra nəzəriyyələrin müəllifidir.