Yanvarın 9-da Əfqanıstan hakimiyyəti bildirib ki, ABŞ-ın təhlükəli saydı 70-dən çox məhbusu sərbəst buraxacaq.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onların «Taliban» hərəkatı ilə əlaqəli olduğu ehtimal edilir.
Həmin dustaqların sərbəts buraxılması haqda qərar ölkə prezidenti Həmid Karzayın Bahram həbsxanasındakı məhbusların işinə yenidən baxılması ilə bağlı göstərişindən sonra qəbul olunub. Həmin sənəddə bildirilib ki, suçlu olması haqda dəlil-sübut olmayan məhbuslar sərbəst buraxılsın.
NATO Əfqanıstanı tərk edəndən sonra sərbəst buraxılanların yenidən döyüş meydanına qayıdacağından ABŞ ehtiyat edir.
Xüsusi təhlükəli cinayətkarlar üçün nəzərdə tutulan həmin həbsxana Bəhram qəryəsi Əfqanıstanın Parvan əyalətində ABŞ Hərbi Hava Qüvvələrinin bazasında yerləşir. Həmin həbsxana 2013-cü ilin martında, dustaqlarla birlikdə Əfqanıstan hakimiyyətinə təhvil verilib.
Həmid Karzay çıxışlarında dəfələrlə bildirib ki, Bəhram həbsxanasında «təcili olaraq, buraxılmasına ehtiyac olan çoxlu sayda məhbus var».
Hazırda ölkədə koalisiya qüvvələrin yüz minədək hərbçisi qalıb. 2014-cü ilin sonunadək beynəlxalq qüvvələrin əsas hərbi hissələrinin Əfqanıstanı tərk etməsi planlaşdırılıb.