Mayın 20-də axşam ABŞ prezidenti Barak Obama Oklahoma ştatının bir sıra rayonlarını təbii fəlakət zonası elan edib.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Klivlend, Linkoln Makleyn, Pottavatomi və digər dairələrdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün federal büdcədən vəsait ayrılıb.
Son məlumatlara görə, sürəti saatda 320 km çatan qasırğa Oklahoma ştatında 50 nəfərin ölümünə səbəb olub. Həyatını itirənlərdən 20-si uşaqdır. Qasırğa daha çox 55 min əhalisi olan Mur şəhərində dağıntıya yol açıb. Yüzlərlə tikili dağılıb, avtomobillər, ağaclar çevrilib, elektrik xətləri qırılıb. Xəstəxanaya 230 yaralı gətirilib. Bir çox yaralının durumu ağırdır.