ABŞ Hərbi Hava Qüvvələrinə məxsus səsdən iti sürətli strateji «Boeing B-1B Lancer» bombardmançı təyyarəsi ölkənin Montana ştatının Brodus şəhərində sınaq uçuşu zamanı qəzaya uğrayıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda «Military Times» saytı xəbər yayıb.
Bombardmançı təyyarənin iki pilotu və iki operatoru katapult edə bilib. Onlar önəmsiz dərəcədə zədələnib.
Qəzanın baş verdiyi vaxt və səbəbi haqda ətraflı məlumat yayılmayıb.