ABŞ-dan Suriyadakı rejim başçısına xəbərdarlıq
23 may 2013 06:22 (UTC +04:00)

ABŞ-dan Suriyadakı rejim başçısına xəbərdarlıq

ABŞ-ın dövlət katibi Con Kerri Suriyadakı rejimin başçısı Bəşar Əsədə xəbərdarlıq edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, amerikalı diplomat bildirib ki, əgər rejim başçısı iyunda keçirilməsi nəzərdə tutulan sülh danışıqlarına ciddi yanaşmazsa, o zaman avropalılar və ərəb dövlətləri suriyalı üsyançılara dəstəyi artıra bilər.

 

Söhbət Suriyadakı vəziyyətlə bağlı bu ilin iyununda İordaniyanın paytaxtı Ammanda keçirilməsi nəzərdə tutulan sülh konfransından gedir.

 

Con Kerri Bəşar Əsədi ölkəsində sülh yaratmaq yollarını axtarmağa çağırıb. Onun sözlərinə görə, Suriyadakı rejim tərəfindən İranın dəstəklədiyi minlərlə «Hizbullah» yaraqlısı münaqişədə iştirak edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667
avatar

Oxşar yazılar