«ABŞ-ın qənaətincə, Cənubi Osetiya-Gürcüstan sərhədindəki çəpəri Rusiya yığışdırmalıdır» Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bunu jurnalistlərə Dövlət Departamentinin təmsilçisi Mari Harf deyib.
«Biz inzibati sərhədin çəkilməsi haqda məlumatlar görmüşük. Bu, Rusiyanın üzərinə götürdüyü öhdəliklərə uyğun gəlmir və Gürcüstanın suverenliyini pozur, eləcə də tərəflərin münasibətlərinə xələl gətirir. Biz Rusiyanı çəpəri yığışdırmağa çağıracağıq» - deyə, təmsilçi vurğulayıb.