ABŞ-ın Türkiyədəki səfiri Fransis Ricciardone Türkiyənin Reyhanlı bölgəsində baş vermiş partlayışa münasibət bildirib.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, səfir deyib: «Cinayəti törədənlərin mühakimə olunması üçün ABŞ Türkiyənin yanındadır».
O, əlavə edib: «ABŞ dövləti adından bu gün Reyhanlıda baş verən qanlı hücum nəticəsində həyatlarını itirən onlarla insanın ailələrinə və yaxınlarına Ən dərin hüznümüzü bildirirəm. Yaralıların da ən qısa zamanda sağalmalarına dua edirik.
ABŞ baş vermiş xain hücumu şiddətlə qınamaqla yanaşı, bu cinayəti törədənlərin məhkəmə önünə çıxması üçün türk xalqı və hökumətinin yanındayıq».