Vaşinqton Fələstin Muxtariyyətinə 75 milyon dollar maliyyə yardımı ayrılması haqda qərar qəbul edib. Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, həmin maliyyə vəsaiti muxtariyyətin infrastrukturunun inkişafına, əlavə iş yerlərinin açılmasına sərf ediləcək.
Bu haqda ABŞ-ın dövlət katibi Con Kerri Vifleydə Fələstin lideri Mahmud Abbasla görüşündə bildirib.
Maliyyə yardımı Fələstin cəmiyyəti tərəfindən İsraillə sülh danışığının təmininin dəstəklənməsi yönəldilib.
Mənbə bildirib ki, hazırda ABŞ Fələstinin infrastrukturunun inkişafına 100 milyon dollarlıq vəsait yatırıb.