ABŞ hakimiyyəti Livandakı «Hizbullah» hərəkatının 4 təmsilçisinə qarşı sanksiya tətbiq edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə,onlar Afrikanın qərbində öz təsirlərini artırmağa çalışdıqları üçün bu yasaqla üzləşiblər.
ABŞ hesab edir ki, hərəkat Sera-Liona,Seneqal, Kot de–İvuar və Qambiyada vəsaitin toplanması və özlərinə tərəfkeş ələ keçirməklə məşğul olurlar.
Amerika maliyyə nazirinin əks-terror və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Devid Koen deyib: «Hizbullah» Livandan kənarda öz təsir imkanlarını artırmağa çalışır. Biz onun bu fəaliyyətinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəyik».
Onun sözlərinə görə, «Hizbullah»a qarşı sanksiya vacib və vaxtında atılmış addımdır, çünki onun himayədarı İranda qadağalar ucbatından ağır maliyyə çətinliyi ilə üz-üzədir.
Maliyyə Nazirliyi sanksiya tətbiq olunan «Hizbullah»çıların adlarını açıqlayıb: Əli İbrahim əl-Vətfa, Abbas Lütfi Favaz, Əli Əhməd Kexade və Niham Nmer Kanafər.
Onlarla istənilən sövdələşmə və ticarət əlaqəsi ABŞ vətəndaşları üçün qadağan edilib. Həmin şəxslərini ABŞ-dakı bütün hesabları dondurulacaq. Bununla yanaşı ABŞ bu terrorçu hərəkatı Suriyada rejim tərəfindən savaşmaqda qınayaraq, yaraqlılarını bu ölkədən çıxarmağa çağırıb.