ABŞ-ın Merilend ştatının Baltimor dairəsində qatar relsdən çıxıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yerli telekanal qəza partlayışla müşayiət edilib.
Olayın Bakı vaxtı ilə 23.02 baş verib. Qəzanın baş vermə səbəbi, xəsarət alanlar barəsində məlumat yayılmayıb.
Hadisə yerində kimyəvi müdafiə kostyumları geyinmiş fövqəladə xidmətin əməkdaşları çalışır.