ABŞ-da mühacirlər yürüş keçirib
11 aprel 2013 07:27 (UTC +04:00)

ABŞ-da mühacirlər yürüş keçirib

ABŞ-ın bir neçə iri şəhərində  mühacirlər haqqında yeni qanunun dəstəklənməsi ilə bağlı yürüş keçirilib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu layihə 11 milyon qanunsuz mühacirin qanuni səlahiyyət almasına və gələcəkdə ABŞ vətəndaşı olmasına imkan verir.

 

Minlərlə insan Vaşinqtonda Ağ Evin qarşısına toplaşıb. Fəalların sözlərinə görə, onların istəkləri 18 ştatda keçirilən yürüşlə dəstəklənib.

 

ABŞ senatorları tərəfindən təklif olunan bu qanun layihəsində Meksika ilə sərhəddə də nəzarəti gücləndirməyi nəzərdə tutur.

# 352
avatar

Oxşar yazılar