ABŞ-da hərbi baza atəşə tutuldu: 1 ölü
04 aprel 2013 14:41 (UTC +04:00)

ABŞ-da hərbi baza atəşə tutuldu: 1 ölü

Aprelin 3-də ABŞ ordusunun Fort-Noksdakı bazasında  atışma olub.

 

Lent.az-ın NBC telekanalına istinadən verdiyi məlumata görə, Kentukki ştatında Luisvill şəhərindən 50 kilometr cənub-qərbdə yerləşən hərbi bazada atışma nəticəsində 1 nəfər ölüb.

 

Hərbi bazada hərbçilər, onların ailə üzvləri və mülki heyət də daxil olmaqla 40 min insan var. İlkin məlumatlara görə, hərbi bazaya motosikletlə daxil olan naməlum şəxs atəş açmağa başlayıb və daha sonra ordan uzaqlaşıb. Hazırda hərbi bazanı atəşə tutan şəxsin axtarışı aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606
avatar

Oxşar yazılar