Hər dörd amerikalı qadından biri evə ərindən daha artıq pul gətirir.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ABŞ-da qadınların 40 faizi, o cümlədən evlənməyənlər ailəni dolandırırlar.
«Pew Research Center» adlı sosial araşdırma mərkəzinin məlumatına əsasən, 1960-cı ildə qadınların 11 faizi kişilərdən çox qazanırdı.
Mütəxəssislərin fikrincə, məsələyə yanaşmadan asılı olaraq, nəticə kədərləndirə,yaxud sevindirə bilər.
O biri tərəfdən isə əmək bazarında ali təhsilli qadınlar kişilərlə rəqabətdə uğur qazanır. Bundan başqa ölkədə yoxsulluq səviyyəsində yaşayan tənha anaların sayı da çoxalmaqdadır.