AB vergidən yayınmaya qarşı mübarizəyə çağırır
22 may 2013 02:11 (UTC +04:00)

AB vergidən yayınmaya qarşı mübarizəyə çağırır

Avropa parlamenti bütün dövlətləri offşor zonada vergidən yayınma hallarının yoxlanılması üçün birgə mübarizə aparmağa çağırıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qurum «etibarsız dövlətlərin» «qara siyahıya» salınmasına çağırış edib.

 

Parlament üzvləri icarsı vacib olmayan iki qətnamə qəbul edib ki, o da vergidən yayınanlara aiddir.

 

Vergidən yayınmaq hər il AB-yə 1,3 triliyon ziyan vurur. Bu da 2008-ci ildə quruma üzv 27 dövlətin səhiyyə sahəsinə sərf etdiyi maliyyə vəsaitindən çoxdur.

 

Səsvermə Brüsseldə vergiyə həsr olunan zirvə toplantısından bir gün öncə keçirilib.

 

Mütəxəssislərin qənaətincə, sənədin qəbulu AB-nin vergi məsələsinə daha sərt yanaşacağını ehtimal etməyə əsas verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352
avatar

Oxşar yazılar