Avropa Birliyi (AB) Suriya müxalifətinə silah verilməsinə embarqonun götürülməsi ilə bağlı razılığa gəlib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Brüsseldə həmkarları ilə apardığı danışıqlardan sonra Britaniyanın xarici işlə naziri Uilyam Heyq bu haqda açıqlama yayıb.
Nazir «Twitter» səhifəsində yazıb ki, AB hələlik üsyançılara silah göndərilməsi ilə bağlı qərar qəbul etməyib və o biri sanksiyalar qüvvədə qalır.
Xatırladaq ki, Britaniya və Fransa Bəşar Əsəd rejiminə qarşı döyüşənlərə silah embarqosunun ləğv edilməsini fəal şəkildə dəstəkləyirdi. Söhbət general Səlim İdrisin başçılıq etdiyi silahlıların mülayim qrupundan gedir.
AB-nin o biri üzvləri isə Suriyada zorakılığın artacağından ehtiyatlandıqları üçün üsyançılara silah verilməsinə qarşı çıxırdı.