AB-yə üzvlüyə qarşı olan partiya seçkidə irəlidədir
04 may 2013 04:38 (UTC +04:00)

AB-yə üzvlüyə qarşı olan partiya seçkidə irəlidədir

Britaniyanın Avrora Birliyinə (AB) üzvlüyünə qarşı olan Birləşmiş Krallığın Müstəqilliyi Partiyası yerli orqanlara seçkilərdə yüksək nəticələr göstərib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ilkin hesablamalara əsasən, İngiltərənin 34 bölgəsi və Uels-Anqslidəki seçicilərin 25 faizə yaxını bu siyasi qurumu dəstəkləyib.

 

Əgər bütün səslər sayıldıqdan sonra partiya bu nəticəni saxlayarsa, o zaman yerli hakimiyyət orqanlarındakı 2300 yerin 4-də birini onlar qazanacaq.

 

Müstəqil Partiya mühacirətə nəzarətin qəti tərəfdarlarındandır.

 

Mənbə bildirib ki, bəhs etdiyimiz siyasi qurumun nailiyyəti ənənəvi partiyaları -   liberal-demokrat və mühafizəkarları məyus edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 401
avatar

Oxşar yazılar