Tanınmış azərbaycanlı qanuni oğruların münasibəti daha da kəskinləşib. Lent.az-ın məlumatına görə, bu barədə aznews.az “Praym Kraym”a istinadən xəbər verib. İstanbul otellərindən birində Lotu Qulinin qardaşı Namiq Səlifovun da “taclandırıldığı” “sxodka”dan sonra orada istirahət edən bir qrup Ded Xasan klanına daxil olan “qanuni oğru”larla dava düşüb.
Məlumata görə, gürcü “qanuni oğru”lar Vaji, Rezo Lpotkipanidze, Ramaz Çinçaridze, İrakliya Qutı, Kaxi Parpaliya, Qela Kardava, Paata Malenkiy və Mamuka Çkaduanın əyləşdiyi masaya gözlənilməz qonaqlar gəlib. Onların arasında azərbaycanlı “qanunu oğru” Rövşən Lənkəranski, Taxi, Quram və Edik də olub.
Xəbərdə bildirilir ki, əvvəlcə Edik “sxodka”nın təşəbbüskarı olan Qela Kardava ilə söhbət edib. Daha sonra söhbət tərəflər arasında əlbəyaxa dava ilə nəticələnib. Gələnlər Qela Kardavanı bir neçə dəfə vurub. Davaya Rövşən Lənkəranski qarışanda isə Qela Kardava qaçıb.
Davanın təfərrüatları barədə də yazan sayt iddia edir ki, Q.Kardava qaçdıqdan sonra bütün diqqət Paataya yönəlib. Davada Mamuka Çkaduanın olay yerindən qaçdığı, Edik və Rolandın xəstəxanaya aparıldığı, Merab Mzarelua, Zviad, Beso Kvinixidxe və Timurinin də ağır xəsarət aldığı bildirilir.

Türkiyədə “qanuni oğru”lar arasında dava düşüb
Oxşar yazılar

Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18