Moskvada, Kremlin həyətində 1530-1612-ci illərdə yaşamış Rusiya Patriarxına heykəl qoyulub. APA-nın Moskva müxbirinin verdiyi məlummata görə, paytaxtın mərkəzindəki Kremlin tarixi “Aleksandrovski bağı”nda (“Aleksandrovskiy sad”) Rusiya patriarxı olmuş Yermogenə heykəl qoyulub.
Heykəlin qoyulmasına Rusiya prezidenti Vladimir Putin və Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril dəstək verib.
Rusiya mətbuatının yazdığına görə, bu heykəl 210 il bundan qabaq qoyulmalıymış. 1803-cü ildə Kremlin həyətində 1612-ci ildə Polşa ordusunu məğlubiyyətə uğradan qəhrəmanlar - Kuzma Minin və Dmitri Pojarskinin heykəlləri ilə birgə Yermogenə də abidə ucaldılmalıymış. Lakin tarixçilər indiyə qədər Yermogenin heykəlinin hansı səbəbdən ucaldılmadığını müəyyən edə bilməyiblər.
XX əsrin əvvələrində bu mövzu bir daha gündəmə gəlib. Lakin 1917-ci il bolşevik inqilabından sonra Yermogenə heykəl ucaldılması bir dəfəlik gündəmdən çıxarılıb.