[b]Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıldı [/b]
17 oktyabr 2017 22:20 (UTC +04:00)

[b]Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıldı [/b]

Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar verib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, millət vəkillərinin əksəriyyəti hökumətin təqdim etdiyi müvafiq qanun layihəsini dəstəkləyib.

 

Qeyd edək ki, Türkiyə hökuməti ötən gün ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar verib. Müvafiq sənəd təsdiqlənməsi üçün parlamentə göndərilib.

 

Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də,  hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249

Oxşar yazılar