Filippin prezidenti Rodriqe Duterte yenidən müzakirəyə səbəb olan addım atıb.
Lent.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, prezident ölkəyə qanunsuz yollarla gətirilmiş lüks avtomobillərin darmadağın edilməsinə göstəriş verib. Dəyəri təxminən 6 milyon dollar olan maşınlar buldozerlə əzilib. Prosesi Duterte özü də izləyib.
Xatırladaq ki, fevralda da Dutertenin göstərişi əsasında qanunsuz yolla ölkəyə keçirilmiş 20 lüks avtomobil yararsız hala salınmışdı.