[b]Ərdoğanın müxalifət liderləri ilə görüşü 2,4 saat davam edib[/b]
25 iyul 2016 18:43 (UTC +04:00)

[b]Ərdoğanın müxalifət liderləri ilə görüşü 2,4 saat davam edib[/b]

0

Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın müxalifət liderləri Kamal Kılıçdaroğlu və Dövlət Bahçeli ilə görüşü başa çatıb.

 

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, prezident sarayında keçirilən və baş nazir Binəli Yıldırımın da qatıldığı görüş 2 saat 40 dəqiqə davam edib. Müzakirə olunan məsələlər barədə açıqlama verilməyib.

 

Cümhuriyyət Xalq Partiyasındakı mənbələr isə görüşü siyasətin normallaşdırılması baxımından müsbət qiymətləndiriblər: “Budan sonrakı normallaşma addımlarını asanlaşdıracaq bir görüş oldu”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar