[b]"Paytaxtı Qüds olan müstəqil Fələstin tələbimizdən əl çəkməyəcəyik" -[/b] Ərdoğan
13 dekabr 2017 13:09 (UTC +04:00)

[b]"Paytaxtı Qüds olan müstəqil Fələstin tələbimizdən əl çəkməyəcəyik" -[/b] Ərdoğan

"İsrailə nəsə deməyə gərək yoxdur. Həqiqət ortadadır. İşğal, qanunsuz məskunlaşmalar, evlərin dağıdılması, ərazi və mülklərin zəbt edilməsi kimi terror hərəkətlərinə görə İsrail  mükafatlandırılıb. Bu mükafatı verən təkbaşına da olsa, Trampdır. “Mən etdim, oldu” deməklə bu dünyada heç nə olmur. Dünya sadəcə sizdən ibarət deyil. BMT-nin 196 üzvü var. Mən 196 ölkənin buna reaksiya verəcəyinə inanıram. Siz Amerika olaraq güclü ola bilərsiniz, silahlarınız ola bilər, nüvə başlıqlarına malik ola bilərsiniz. Lakin bunlar sizin güclü olduğunu ifadə etmir. Siz əgər haqlısınızsa, güclüsünüz, bu məsələdə haqlı deyilsiniz".

 

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.

 

O bildirib ki, ABŞ-ın bu addımı insanlığa yönəlik təhdidlərin qapısını açıb.

 

"Bu məsələ ədalətli həll olunmayana qədər davamlı sülhdən danışmaq mümkün deyil. Hamının gələcəyini təhlükə altına alan bu vəziyyətə biganə qala bilmərik. Bu, həm də mədəniyyətimizə endirilmiş ağır zərbədir.

 

Bu məsələ, sülh hər kəsimdən, hər inancdan olan insanların birgə səyi ilə həll olunacaq. Hamını Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıram. Paytaxtı Qüds olan müstəqil Fələstin tələbimizdən əl çəkməyəcəyik. Artıq gecikə bilmərik. İsrail əsgərlərinin fələstinli qardaşlarımıza tətbiq etdiyi zülmü lənətləyirik. Qüds bizim qırmızı xəttimizdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168
avatar

APA Baycan

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35