[b]“Azad Suriya Ordusu”nun komandirləri Astanaya yollanır[/b]
14 fevral 2017 23:33 (UTC +04:00)

[b]“Azad Suriya Ordusu”nun komandirləri Astanaya yollanır[/b]

Suriya silahlı müxalifətini təmsil edən “Azad Suriya Ordusu” qruplaşmasının nümayəndə heyəti Astanada keçiriləcək danışıqlarda iştirak edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın bəyanatında bildirilir.   

 

“Azad Suriya Ordusunun komandirləri və nümayəndələrindən ibarət nümayəndə heyəti atəşkəs rejiminə dair Astanada keçiriləcək texniki diskussiyalarda iştirak edəcək. Diskussiyaların  Cenevrədəki danışıqlar üçün zəmin yaradacağı gözlənilir”, - deyə ASO-nun bəyanatında bildirilir. ASO nümayəndələri atəşkəs rejimi elan edildikdən sonra Suriya hökumət qüvvələrinin razılaşmanın şərtlərini pozduğunu iddia edirlər.    

 

Qeyd edək ki, Suriyada münaqişənin nizamlanmasına dair Astana prosesinin növbəti raundu 15-16 fevral tarixinə planlaşdırılıb. Görüşün qapalı şəraitdə keçiriləcəyi bildirilir. Görüşdən sonra mətbuat-konfransı keçiriləcək.  

 

Danışıqlarda iştirak etmək üçün Rusiya, İran, Suriya hökuməti və BMT-nin nümayəndə heyətləri artıq Astanadadır.  Suriya silahlı müxalifətin və Türkiyə tərəfinin nümayəndə heyətlərinin də Qazaxıstana gəlməsi gözlənilir.

 

Danışıqların ilk raundu Astanada 23-24 fevral tarixində keçirilib. Görüşdə Suriyada  atəşkəs rejiminin monitorinqi üzrə mexanizmin yaradılması barədə qərar qəbul edilib.  

 

Xatırladaq ki, Suriya danışıqlarının Cenevrə mərhələsi fevralın 23-nə planlaşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Oxşar yazılar