Britaniyada yerləşən Suriyalıların İnsan Haqları Müşahidəçiləri təşkilatı bildirib ki, üsyançılar Əsədlə birlikdə 8 hərbçinin mindiyi vertolyotu vurublar.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda xəbəri mayın 6-da «Foks Nyus» yayıb.
Hüququ müdafiəçiləri olayla bağlı video-çarxın internetdə paylaşıldığını bildirib. Həmin çarxda vertolyotun qəzaya uğradığı yerdə bir neçə silahlı hərbçinin görünməsinə də diqqət çəkilib.