Avropa Birliyi (AB) komissiyasının təmsilçisi Aleksandr Polak bildirib ki, Yaxın Şərq və Şimali Afrikadakı diplomatik təmsilçiliklərin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görürlər.
Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, o, deyib: «AB mümkün bütün təhlükəsizlik tədbirləri gerçəkləşdirir».
Polak onu da qeyd edib ki, bununla belə AB-nin xarici ölkələrdəki səfirliklərinin terror məruz qalacağı ilə bağlı məlumata malik deyillər.
«AB-nin Yaxın Şərq və Afrikanın Şimalındakı təmsilçiləri amerikalı həmkarları ilə fasiləsiz əlaqə saxlayır»-deyə, Polak söyləyib.