Tehrandan AEBA müfəttişlərinə dəvət
29 noyabr 2013 04:14 (UTC +04:00)

Tehrandan AEBA müfəttişlərinə dəvət

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA)baş direktoru Yukio Amano noyabrın 28-də bildirib ki, Ərak reaktoruna baxış keçirmək üçün İrandan dəvət aldıqlarını bildirib.

Lent.az-ın «BBC»yə istinadən məlumatına görə, baş direktor deyib: «Biz agentlik ekspertlərinin Ərakın ağır su nüvə reaktoruna baxış keçirməsi üçün İrandan dəvət almışıq. Reaktora baxış dekabrın 8-nə planlaşdırılıb».

Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Ələkbər Salehi noyabrın 28-də jurnalistlərə açıqlamasında Cenevrə razılaşmasından sonra ölkənin uranı zənginləşdirməklə bağlı fəaliyyətindən danışıb.

Onun sözlərinə görə, Cenevrədə əldə olunan razılaşmaya əsasən İran bundan sonra uranı 20 faiz səviyyəsində zənginləşdirməni tam dayandırır:«Bunun əvəzində 5 faiz dərəcəsində zənginləşdirilmiş uranın istehsalını gücləndirəcəyik».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515
avatar

Oxşar yazılar